Dünya futbolu

“Arsenal” 22 oyun sonra uduzdu

İngiltərə Premyer Liqasının 17-ci turunda “Arsenal” səfərdə “Southampton”nun qonağı olub. “Topçular” qarşılaşmadan 3:2 hesabı ilə məğlub ayrılıb.

Bu məğlubiyyətlə “Arsenal”ın 22 oyunluq məğlubedilməzlik seriyası sona çatıb.

London təmsilçisi turnir cədvəlində 34 xalla 5-ci sırada qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43