“Sabah” bu gün yoxlama matçına çıxacaq.
Paytaxt təmsilçisi “Keşlə” ilə qarşılaşacaq. “Bank Respublika Arena”da keçiriləcək oyun 19:00-da başlayacaq.
Qeyd edək ki, “Keşlə” daha əvvəl “Səbail”lə keçirdiyi yoxlama matçında 1:1 hesablı heç-heçə edib. “Zirə” ilə qarşılaşan “Sabah” isə 0:0 hesablı bərabərliyə razılaşıb.
Əlavə edək ki, Konfrans Liqasında 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq “Keşlə”nin bu yarışdakı rəqibi “Soçi”dir. Təmsilçimiz ilk oyununu iyulun 22-si səfərdə keçirəcək. Tərəflər arasında cavab matçı 1 həftə Bakıda olacaq.
13 iyul
19:00. “Sabah” – “Keşlə”
“Bank Respublika Arena”