İdman

“Keşlə” Nizami və Mirhüseyn haqda yekun qərarı verdi – RƏSMİ

“Keşlə” rəsmi saytı vasitəsilə Nizami Hacıyev və Mirhüseyn Seyidovun komandadan uzaqlaşdırılmasını təsdiqləyib.

İdmanxeber.com-un məlumatına görə, məlumatda bildirilir: “Keşlə” Peşəkar Futbol Klubunun rəhbərliyi bildirir ki, əsas komandanın futbolçuları – Nizami Hacıyev və Mirhüseyn Seyidov Azərbaycan Premyer Liqası çərçivəsində keçirilmiş son 5-6 oyununda danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələrin olmasına görə, 4 gün öncə onlarla imzalanmış müqaviləyə rəsmən xitam verilmişdir”.

Qeyd edək ki, bu iki futbolçu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Klubun bununla da bağlı rəsmi açıqlama yayması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43