İdman

Məşqçilərimiz beynəlxalq konqresdə

Almaniya Futbol İttifaqının (DFB) təşkilatçılığı ilə noyabrın 29-dan etibarən Frankfurt şəhərində “İnternationalen Spielanalysekongress der DFB-Akademie” konqresi (AFİ Akademiyasının Beynəlxalq Oyun Analizi Konqresi) keçirilir.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, DFB-nin dəvətinə əsasən, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Məmməd və məşqçi Etibar İbrahimov konqresdə iştirak edir. Konqres bu gün başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43