İdman

“Keşlə”nin iki futbolçusu həbs edildi

“Keşlə” klubunun futbolçuları Niami Hacıyev və Mirhüseyn Seyidov saxlanılıblar. 
İdmanxeber.com-un məlumatına görə, buna səbəb onların adlarının Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən “Neftçi” – “Keşlə” matçından sonra “alver”də hallanması olub. 
Sözügedən oyunçular Azərbaycan Premyer Liqasının 8-ci turunda “Neftçi”yə 1:3 hesabı ilə uduzduqları matçda şübhəli bilinirlər. “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov “Neftçi” ilə görüşdən sonra “məğlubiyyətin səbəbləri açıqlasam, böyük partlayış ola bilər” sözlərini işlətmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43