Ölkə futbolu

Klublarımıza “Qəbələ” örnəyi – FOTO

“Qəbələ” şəhər stadionunun ot örtüyü demək olar ki, Azərbaycanda bir nömrədi desək yanılmarıq.

İdmanxeber.com-un məlumatına görə, Premyer Liqada çıxış edən 10 klubdan yalnız “Bakı”, “Xəzər Lənkəran”, “Neftçi” və “Qarabağ”ın ev oyunlarını keçirdiyi stadionlarından savayı digər 5 klub süni meydançadan yararlanır. Təbii ki, bunun da bir çox səbəbləri var. Başlıca səbəb isə bu təbii otu saxlamaq, ona vaxtında qulluq etməkdi. Stadionlarının ot örtüyünün keyfiyyətinə görə öyünə biləcək iki klub var – bunlardan biri “Qəbələ”, digəri isə “Bakı”dı. Birincilərin “Neftçi”ylə oyundan öncə, fasilədə və matçdan sonra əsas meydançasının ot örtüyünün “naz”ını nə az, nə çox düz 10 işçi çəkirdi. 

Sizə təqdim edəcəyimiz bu fotoda da bunun şahidi olacaqsınız. Klubdan əldə etdiyimiz məlumata görə, nəinki oyunlar zamanı, hər gün əsas və yardımçı meydançalar da azı 7-8 işçinin nəzarətində olur.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43