Ölkə futbolu

“Komanda çempionatda ən yaxşı oyunlarından birini keçirdi”

“Danışacaq çox şey yoxdur. Komanda bu gün çempionatda bəlkə də ən yaxşı oyunlarından birini keçirdi. Futbolçular tapşırıqların 100 faizini yerinə yetirdilər. 90 dəqiqə ərzində həm müdafiədə, həm də hücumda məzmunlu oyun oynadılar. Komandanı və azarkeşlərimizi təbrik edirəm. Vacib üç xal qazandıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov “Sumqayıt” oyunu barədə danışarkən deyib. O, Avropa Liqası qruo mərhələsi çərçivəsində keçiriləcək “Haken”  matçını hələlik düşünmədiklərini bildirib:

“O haqda fikirləşmirik. Biz öz oyunumuzu yaxşılaşdırmağı düşünürük. “Hekken” oyununa ayrıca hazırlaşırıq. Cavab vermək barədə düşünmürdük. Son vaxtlarda sıx qrafikdə olurduq. Vaxtımız olacaq. Matç dördüncü gündür. Oyundan iki gün qabaq İsveçə yollanacağıq. Bizim üçün bu cür qrafik daha yaxşıdır. Komanda bərpa məşqləri edəcək. İki gün əvvəl gedəcəyik ki, uşaqlar dincəlsin. Bizim üçün müsbət haldır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43