Ölkə futbolu

“Qarabağ” “Sumqayıt”ı darmadağın etdi- YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start verilib.

İdmanxeber.az xəbər verir ki, açılış oyununda “Qarabağ” evdə “Sumqayıt”la üz-üzə gəlib. Ağdam təmsilçisi rəqibibi darmadağın edib – 5:0.

“Köhlən atlar” 16 xalla bir oyun artıq keçirməklə birinci, “gənclik şəhəri” təmsilçisi 8 xalla yeddinci pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

VIII tur

20:00. “Qarabağ” – “Sumqayıt” 5:0

Qollar: Juninyo, 22 (1:0), 27 (2:0), Toral Bayramov, 41 (3:0), Leandro Andrade, 44 (4:0), Abdullah Zubir , 49 (5:0)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Teymur Teymurov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Azersun Arena”

Qeyd edək ki, turun digər matçları 30 sentyabr və 1 oktyabrda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43