İdman

Kontenin David Luis israrı

“Çelsi” futbolçusu David Luisi bu qış satmayacaq.

 

İdmanxeber.com-un Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə London klubunun baş məşqçisi Antonio Konte məlumat verib: “Davidin məyusluğunun səbəbini başa düşürəm. O, daha çox oynamaq istəyir. Oyunçularımın komandadan ayrılmasının tərəfdarı deyiləm”.

 

Qeyd edək ki, D.Luis oyunlarda ona daha az şans verildiyi üçün “Çelsi”dən ayrılmaq istəyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43