İdman

Yunis Hüseynovun dəyişiklikləri davam edir: 3 futbolçu əvəzediciyə göndərildi

“Kəpəz”in əsas komandasının üç futbolçusu əvəzedici heyətə göndərilib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, yarımmüdafiəçilər Əli Səmədov, Əli Əliyev və hücumçu Fərid Məmmədov əvəzedici komandada çıxış edəcək. Bununla belə, hər üç oyunçu ara-sıra əsas komandanın hazırlıq proseslərinə və oyunlara cəlb olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43