Dünyadan

“Konyaspor” “Beşiktaş”ı məğlub edərək Superkubokun sahibi oldu – VİDEO

Türkiyə Super Kubokunda qalib müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, həlledici görüşdə ötən mövsümün çempionu “Beşiktaş”la ölkə kubokunun sahibi “Konyaspor” qarşılaşıblar.

Samsunda baş tutan oyunda “Konyaspor” qalib gəlib. Mustafa Reşit Akçayın komandası 2:1 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, bu, konyalıların ilk Super Kubok qələbəsidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43