Dünyadan

“Qalatasaray”ın Sneyderinin yeni klubu bəlli oldu

“Qalatasaray”ın hollandiyalı futbolçusu Uesli Sneyder karyerasını Fransada davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə 33 yaşlı yarımmüdafiəçisi bu gün Nitsaya gedib. Onun sabah tibbi müayinədən keçəcəyi, daha sonra bu şəhərin eyniadlı klubu ilə müqavilə bağlayacağı bildirilib.

Xatırladaq ki, Sneyder bu yay 2012-ci ildən çıxış etdiyi “Qalatasaray”la müqaviləni qarşılıqlı şəkildə ləğv edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43