Dünya futbolu

La Liqa klubunda baş məşqçi istefası

İspaniya La Liqasında daha bir məşqçi istefası reallaşıb.

“Real Betis”in baş məşqçisi Viktor Sançes istefaya göndərilib.

41 yaşlı mütəxəssis 2016-cı ilin noyabrından “Betis”ə rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda 7 qələbə qazanıb, 5 dəfə heç-heçə edib, 13 oyunda isə məğlub olub.

Rəhbərlik nəticələrdən narazı qaldığı üçün onunla yolları ayırmağa qərar verib. Yeni baş məşqçinin adı yaxın günlərdə açıqlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43