Ölkə futbolu

“Kəpəz”in stadionunda ağac əkildi

Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə “Kəpəz” PFK-nın kollektivi tərəfindən Gəncə şəhər stadionunda ağacəkmə kampaniyası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, 12 sot ərazidə 100-dən çox şam və çinar ağacı əkilib. Həmçinin, ətraf sahədə iməclik işləri aparılıb.

Görülən işlərdə klub rəhbərliyi və texniki işçilər ilə yanaşı, məşqçilər də yaxından iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43