Dünya futbolu

La Liqadan İngiltərəyə

“Aston Villa” müdafiəçi Pau Torres üçün “Vilyarreal” ilə razılığa gəlib.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı bu həftə tibbi müayinədən keçəcək. Transfer məbləği 32,5 milyon avro üstəgəl 5 milyon bonus olacaq.

Futbolçu 2028-ci ilə qədər Premyer Liqa klubu ilə müqavilə imzalayıb.

2022/23 mövsümündə Torres “Vilyarreal”ın heyətində 39 oyuna çıxıb, 1 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43