Ölkə futbolu

“Kəpəz” Belarus millisinin üzvünü transfer etdi – EKSKLÜZİV

“Kəpəz” növbəti transferini gerçəkləşdirib.

İdmanxeber.az-a daxil olan məlumata görə, Gəncə təmsilçisi belaruslu qapıçı Vladislav Vasilyuçek anlaşıb. 29 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanacaq.

Qapıçınının transfer dəyəri 150 min avro kimi dəyərləndirilir.

Qeyd edək ki, Vasilçukun son klubu Belarusun “Slutsk” kollektivi olub. O, həm də Belarus millisinin formasıni geyinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43