Dünyadan

“Laçi”nin futbolçusu Azərbaycana buraxılmadı

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda sabah “İnter”lə qarşılaşacaq “Laçi” klubu Bakıya ciddi itki ilə gəlib.

İdmanxeber.com-un məlumatına görə, “Laçi”nin  futbolçusu Arqend Mustafa Azərbaycana viza ala bilmədiyi üçün  İstanbul hava limanından Albaniyaya qayıtmalı olub.  A.Mustafa Kosova vətəndaşı olması səbəbindən Bakıya gələ bilməyib.

Belə ki, Serbiyanın ərazi bütövlüyünü dəstəkləyən Azərbaycan Kosovanı müstəqil dövlət kimi tanımır. Bu səbəbdən Kosovamın vətəndaşı olan A.Mustafaya viza verilməyib.

Qeyd edək ki, sabah keçiriləcək “İnter” – “Laçi” oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasında Albaniyada baş tutan ilk oyunda 1:1 hesabı qeydə alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43