İdman

Prezidentə əsgər salamı verən idmançımıza rütbə verildi – Video

Müğənni Elnarə Xəlilova Bakıda keçirilən 1-ci Avropa Oyunlarının azərbaycanlı iştirakçılarına  mahnı həsr edib.

“Olimpiya himni”nin musiqisi Alxanlıya, sözləri İsmayıl Dadaşova, aranjemanı Əvəz Muradova məxsusdur.

Mahnının video versiyası sosial  şəbəkə istifadəçilərinin ixtiyarına verilib. Video çarxda 1-ci Avropa Oyunlarının bütün yaddaqalan məqamları yer alıb. Oyunlar zamanı yadda qalan qaliblərdən biri də  qızıl medal sahiblərindən biri  Rəsul Cunayev idi. O,  Ali Baş Komandana əsgər salamı verməklə rəğbət qazanıb.

Qeyd edk ki,  Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri olan R. Cunayev  ötən gün DSX-nın rəisi tərəfindən leytenan rütbəsi ilə təltif edilib. Videoçarxda Avropa Oyunlarında iştirak edən və  təltif edilən digər sərhədçi idmançılar da yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43