Ölkə futbolu

Lansda görüş – VİDEO

Fransanın “Lans” klubunun düşərgəsində olan “Bakı”nın 15 yaşadək futbolçulardan ibarət komandası ilə görüş keçirilib.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, tədbirə “Lans”ın prezidenti Jerve Martel, Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov və Lans meri Rober Silveyni qatılıb.

J. Martel “Bakı”nın aşağı yaş qrupu üzrə komandasını Lansda görməyinə şad olduğunu bildirib. E. Əmirbəyov isə klublar arasında olan əməkdaşlığı yüksək qiymətləndirərək bunun hər iki ölkə üçün vacib olduğunu vurğulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43