İdman

Legioner futbolçumuz ümidini kəsdi: “Vizaya görə mənə xəbər etməliydilər, ancaq…”

Gürcüstanın “Kolketi 1913” klubunda forma geyinən millimizin sabiq futbolçusu Rasim Ramaldanovun İdmanxeber.com-a müsahibəsi.

– Klubunda son durum necədi? Özünü Gürcüstanda necə hiss edirsən?

Şükür, hər şey qaydasındadı. Özüm də üzrəimdə işləyirəm. Komandamız hazırda Gürcüstan çempionatında 2-ci yerdə gedir. İstədiyimiz kimi gedir hər şey…

– Ötən gün 1:6 hesabı ilə səfərdə ağır məğlubiyyət aldınız. Belə ağır yenilgiyə səbəb nə idi?

Biz o komandanı ilk dövərdə öz meydanımızda 1:0 hesabı ilə məğlub etmişdik. Bizim oyunçulardna bir neçəsi kubok matçında qırmızı vərəqə almışdı. Burda qayda belədir ki, kubokda qırmızı vərəqə alan futbolçu çempionat oyununu da buraxır. Ona görə müdafiədə ciddi itkilərimiz var idi. Nəticə də belə oldu.

– Həmin oyunda komandanın yeganə qolunu sən vurdun, Özü də baxımlı qol…

Mən buranı seçdim ki, tam formaya düşüm. Bütün oyunları da əsas heyətdə oynayıram. Əlimdən gələni edirəm ki, milliyə dəvət alım.

– Milli demişkən, bu dəfə Prosineçkidən dəvət gözləyirsən?

Şimali İrlandiya ilə oyuna çağırmaq fikirləri olsaydı, yəqin ki, xəbərim olardı.

– Axı Prosineçki siyahını açıqlamayıb…

Bilirsən necədi? Şimali İrlandiya səfərinə görə fuitbolçulara öncədən viza açırlar. Əgər çağırsaydılar mənim indilərdə xəbərim olmalıydı. Ancaq gördüyünüz kimi çağırmadılar.

– Bəs səncə Prosineçki nəyə əsaslanaraq səni çağırmır?

Millinin qapısı bütün azərbaycanlı  futbolçulara açıq olmalıdır. Kim yaxşı formadadırsa, kim yaxşı oynayırsa o da milliyə çağırılmalıdır. Bu mənim şəxsi fikrimdi.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43