Ölkə futbolu

“Lill”in futbolçusu: “Qəbələ” sübut etdi ki…”

“Qəbələ”nin “Lill”i məğlub edərək (1:0) turnirdən uzaqlaşdırdığı matçın ardından rəqib komandanın müdafiəçisi Renato Sivelli klub saytın açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə,  təcrübəli futbolçu bunları deyib:

“Əvvəla “Qəbələ”ni təbrik edirəm. “Qəbələ” sübut etdi ki, həmişə ən yaxşı olan qələbə qazanmır, əksinə daha hazırlıqlı olan və daha çox istəyən komanda üstündür. Mənə elə gəlir ki, bu istək ucbatından ikinci oyunda məğlub olduq. “Qəbələ”nin əhval-ruhiyyəsi bizdən yaxşı idi. Taktiki cəhətdən onlar bizimlə riskə girməyə hazır idilər. Bu, mənim sonuncu Avropada oynamaq şansım idi. Mənim üçün bu, ağır itkidir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43