Ölkə futbolu

Millimiz Gürcüstanla yenidən qarşılaşacaq

Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, komandamızın rəqibi Gürcüstanın U-19 yığması olacaq. “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

Bu komandalar arasında avqustun 3-də keçirilmiş yoldaşlıq oyunu yığmamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43