Ölkə futbolu

“Qəbələ” irəlilədi, “Qarabağ” və “Neftçi” isə…

Avrokubok oyunlarından sonra UEFA-nın klub reytinq cədvəlində də dəyişiklik olub.

İdmanxeber.com-un məlumatına görə, siyahıda yeddi Azərbaycan klubu yer alıb. 

Təmsilçilərimiz arasında ən yaxşı nəticə “Qarabağ”dadır. Ağdamlılar 14,200 xalla 116-cı yerdə qalıb.

 

9,450 xala malik “Neftçi”nin də mövqeyi dəyişməyib. Bakılılar 156-cı pillədədir.

 

Fransa “Lill”ini 1:0 hesabı ilə məğlub edib, mübarizədən kənarlaşdıran “Qəbələ” isə 7 pilləlik sıçrayışa imza atıb. “Qırmızı-qaralar” 6,950 xalla 192-ci yerdə qərarlaşıb.

 

Hesabında 5,700 xal olan “İnter” 217-ci, 4,200 xala malik “Xəzər Lənkəran” 279-cudu. Digər komandalarımız isə “300-lük”dən də kənardadır. “Kəpəz” (3,625) 305-ci, “Bakı” (3,450) 317-cidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43