Ölkə futbolu

“Qəbələ” və “Qarabağ”ın 6 potensial rəqibi

Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq. 

İdmanxeber.com-un məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə 44 klub 22 cütlük təşkil edəcək.

 

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə Azərbaycan təmsilçiləri “Qarabağ”la “Qəbələ”nin də rəqibləri bəlli olacaq. 

 

Qeyd edək ki, pley-offun oyunları avqustun 18-də və 25-də keçiriləcək. 

Artıq təmsilçilərimizin potensial rəqiblərinin siyahısı müəyyənləşib. 

Səpələnmişlər sırasında olan “Qarabağ” “Şkendiya”, “İstanbul Başakşehirspor”, “Höteborq”, “Srvena Zvezda”, “Hayduk”, “Sonderyuske” ilə qarşılaşa bilər.

 

“Qəbələ” isə “Anderlext”, “Vest Hem”, “Krasnodar”, “Maribor”, “Fənərbaxça”, “Panatinaikos”la qarşılaşa bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43