İdman

Lippi Qvardiolanı geridə qoydu

Çin klubu yenidən dünya futbolunu şoka salan addım atıb.

 

İdmanxeber.com-un məlumatına görə, bu ölkənin “Quançjou Everqrand” klubu baş məşqçi postunda dəyişiklik etmək niyyətindədir. 

Son 3 matçda qalib gələ bilməyən klub Luis Felipe Skolarini istefaya göndərmək istəyir.

 

Asiyalılar braziliyalı mütəxəssisin yerinə məşhur italyan çalışdırıcı Marselo Lippini gətirir. Artıq təcrübəli baş məşqçiyə təklif göndərilib. 

68 yaşlı mütəxəssisə illik 20 milyon avro maaş təklif olunur. Lippi əgər bu təklifi qəbul etsə dünyada ən çox qazanan baş məşqçi olacaq. Belə ki, hazırda “Mançester Siti”nin sükanı arxasında olan Pep Qvardiola illik 17 milyon avroluq maaş ilə liderdir. Təcrübəli çalışdırıcının Çinə gedib rəsmi müqavilə imzalayacağı gözlənilir.

 

Qeyd edək ki, Marselo Lippi daha öncə “Quançjou Everqrand”ı çalışdırıb. O, bu dönəmdə 3 dəfə komandanı ölkə çempionu etməyi bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43