İdman

UEFA qaçqınlara diqqət ayıracaq

UEFA İsveçrədə məskunlaşan qaçqınlar üçün turnir təşkil edəcək.

İdmanxeber.com-un məlumatına görə, Avropanın ali futbol qurumu turniri İsveçrə hökumətiylə birgə keçirəcək. 

Yarış sentyabrın 14-də təşkil olunacaq. Turnirdə 16 komanda iştirak edəcək. Layihənin koordinatoru Mişel Nikoel məsələylə bağlı açıqlama verib:

“Bu qaçqınların əksəriyyəti Eriteriya və Efiopiyadandı. Amma onların arasında Suriya, İraq və Əfqanıstandan olanlar da var. Onlar əsasən Cenevrə, Lozanna və Nyonda məskunlaşıblar. İdman, xüsusən də futbol qaçqınların inteqrasiya olunmasında vacib faktor ola bilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43