İdman

“Oyunun mahiyyətini bilirik”

Azərbaycan Premyer Liqasında DÇ-2018-in seçmə mərhələsinin oyunları səbəbindən yaranan fasilə başa çatır. Həftəsonu çempionatda IV turun oyunları keçiriləcək. 

İdmanxeber.com-un məlumatına görə, “Kəpəz” tur çərçivəsində Gəncədə “Zirə”ni qəbul edəcək. Qarşıdakı oyunla “sarı-göylər”in futbolçusu Şəhriyar Əliyev klub saytına açıqlama verib:

“Fasilə dövründən maksimum istifadə etməyə çalışdıq. Müddət çox olsa da, oyun təcrübəsini itirməmək üçün iki yoxlama matçı keçirdik. Belə görüşlərdə nəticə önəmli deyil, əsas olan oynadığımız futboldur. Komanda qarşıdakı çempionat oyununa yaxşı hazırlaşır. Oyunun mahiyyətini bilirik, ona görə də bütün fikrimiz məşqlərə yönəlib. Çempionatda ilk qələbəmizi qazanmaq istəyirik. Bu qələbə həm də bizə turnir cədvəlində yerimizi yaxşılaşdırmağa imkan verəcək”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43