İdman

“Qəbələ” – “Dinamo” matçlarının vaxtı bəlli oldu

UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edəcək “Qəbələ“nin U-19 komandasının Çempionlar yolunun I mərhələsində keçirəcəyi oyunların vaxtı dəqiqləşib.

İdmanxeber.com-un məlumatına görə, Rusiyanın “Dinamo” (Moskva) klubu ilə ilk qarşılaşma sentyabrın 21-də keçiriləcək. 

Öncədən ayın 28-nə planlaşdırılan matçın vaxtı dəyişdirilib və 1 həftə əvvəl baş tutacaq. Görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 19:00-da başlayacaq. Komandalar arasında cavab oyunu oktyabrın 19-da baş tutacaq. Qarşılaşma Ximkidəki “Rodina” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43