Dünya futbolu

“Liverpul” 4 futbolçu ilə vidalaşır

“Liverpul” mövsüm sonu bəzi futbolçuları ilə vidalaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, bunlar Roberto Firmino, Ceyms Milner, Aleks Oksleyd-Çemberlen və Nabi Keytanıdır. 

Firmino bu mövsüm 23 oyuna çıxıb, 9 qol vurub və 4 məhsuldar ötürmə edib. 37 yaşlı Milner isə 29 oyunda 1 məhsuldar ötürmə edib.

Oksleyd-Çemberlen cari mövsüm keçirdiyi 9 matçda bir dəfə fərqlənə bilib. 28 yaşlı Keyta bu mövsüm Premyer Liqada cəmi 8 oyun keçirib.

“Liverpul” 65 xalla Premyer Liqa turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43