Dünya futbolu

“Liverpul”da əsas namizəd portuqaliyalı mütəxəssisdir

“Liverpul” gələn mövsümdən etibarən komandanı Ruben Amorimə əmanət etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Mersisayd klubu Xabi Alonsonun “Bayer”də qalacağını biləndən sonra bu qərarı verib.

Amorim 2020-ci ilin martından “Sportinq”i çalışdırır. 39 yaşlı mütəxəssis Lissabon klubunu 2020-21 mövsümündə Portuqaliya çempionu etməyi bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43