”Barselona”nın yeni forma tədarükçüsü “Puma” ola bilər.
İdmanxeber.az-ın məlumatına görə, Almaniya şirkəti Katalon klubuna illiyi 100 milyon avrodan 10 illik müqavilə təklif edib. Hazırda “Nike” ilə çalışan “Barselona” illik 65 milyon avro qazanır.
Xatırladaq ki, “blauqrana” 1998-ci ildən bəri “Nike” ilə çalışır.