Dünya futbolu

“Liverpul”un sabiq futbolçusu həbs edilə bilər

“Liverpul”un sabiq futbolçusu Daniel Starric həbs edilə bilər.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Los Anceles məhkəməsində qərar qəbul edilib. Belə ki, 2019-cu ildə Amerikada yaşayan futbolçu itini tapana 30 min dollar mükakat vəd etsə də, sözünü tutmayıb.

İti tapan şəxs pulu almadığı üçün Starrici məhkəməyə verib. Məhkəmə isə ilkin olaraq oyunçunun həbs edilməsi qərarını qəbul edib. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43