Milli komanda

Millimizin oyununu hansı kanallar canlı yayımlayacaq?

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası səfərdə Estoniya ilə qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, sabah keçirəcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matçı ölkəmizdə “CBC Sport” kanalı canlı yayımlayacaq.

Türkiyənin “S Sport” və Rusiyanın “Match TV” kanalları da bu oyunu yayım proqramına salıb.

Qeyd edək ki, 1 xalı olan komandalar qrupda 4-5ci yerləri bölüşürlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43