Dünya futbolu

Luçeskunun yerinə sabiq “Xəzər Lənkəran”lı?

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Oğuz Çətin karyerasını Yunanıstanda davam etdirə bilər.

Ölkənin yüksək liqasında mübarizə aparan “Ksanti” klubu mütəxəssisin xidmətində maraqldır.

Son olaraq “Qaziantep BB”ni çalışdıran mütəxəssis 2012/13 mövsümündə Azərbaycanda fəaliyyət göstərib. Bu, “Xəzər Lənkəran”a baş məşqçi Mustafa Dənizlinin köməkçisi gəldiyi vaxt olub. Bu mütəxəssisin gedişindən sonra isə Çətin bir müddət özü baş məşqçi olub.

“Ksanti”nin son baş məşqçisi məşhur rumıniyalı məşqçi Mirça Luçeskunun oğlu Razvan Luçesku olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43