Dünya futbolu

“Valensiya” yeni baş məşqçisini təqdim etdi

“Valensiya” yeni baş məşqçisi Marselinyo Qarsiya Toralı ictimaiyyətə təqdim edib.

51 yaşlı mütəxəssis təyinatı ilə bağlı deyib:

“Qələbə qazanmaq istəyi bizi birləşdirməlidir. Biz birlikdə güclü olacağıq. Nizam-intizama üstünlük verirəm, komandada hər şeyin qaydasında olmasına çalışıram. Çünki bunsuz uğur qazanmaq mümkün deyil.

Heyətimizi gücləndirəcəyik. Daha çox istedadlı, ambisiyalı oyunçulara üstünlük verəcəyik. “Valensiya” iddialı olmalıdır”.

“Valensiya” ilə 2 illik müqavilə imzalayan Marselinyo Qarsiya Toral son olaraq “Vilyareal”da çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43