l Divizion Ölkə futbolu

Məğlubiyyətin rəsmiyyəti

Azərbaycan I Divizionunda mövsümün iminci yarısına start verilib.

İdmanxeber.az-ın məlumatına görə, maraqlı oyunlardan biri “Səbail-2” ilə “Qaradağ Lökbatan” arasında baş tutub. 3 qolun qeydə alındığı matçda “dənizçilər” qələbə qazanıb – 3:0.

Oyunun hər iki hissəsində bir dəfə penalti vurmaq şansı qazanan “Qaradağ Löbatan” klubunun futbolçuları bu imkandan yararlana bilməyib. Öncə Ruslan Voronsov, daha sonra Sabir Allahquliyev müvafiq olaraq 33-cü və 49-cu dəqiqələrdə penaltini boşa verib.

Qeyd edək ki, “Səbail-2” bu qələbə ilə xallarını 24-ə catdıraraq 6-cı pilləyə yüksəlib. “Qaradağ Lökbatab” isə 18 xalla 10-cu yerdədi.

Murad İbadov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43