Kateqoriyasız

“Mən heç bir məşqçiyə “niyə oynamıram?” sualını verməmişəm” – Rahid Əmirquliyev

“Bir müddətdi oynamıram. Zədəm də yoxdu. Komanda ilə birgə məşqlər də edirəm. Bu gün meydana çıxmamağımın səbəbi məşqçinin qərarıdı”.

Bu sözləri İdmanxeber.az-a açıqlamasında “Səbail”in kapitanı Rahid Əmirquliyev deyib.

Son turlarda meydana çıxmayan təcrübəli yarımmüdafiəçi niyə oynamamasının səbəblərini baş məşqçi Aftandil Hacıyevin qərarı ilə bağlayır. O, baş məşqçinin bu qərarına hörmətlə yanaşdığını da sözlərinə əlavə edib:

“Mən hər an meydana çıxmağa və ən yaxşısını etməyə hazıram. Lakin bugün oynamıramsa bu baş məşqçinin verdiyi qərardı və buna hörmətlə yanaşmalıyıq. Bu sualı daha yaxşı olar ki, Aftandil müəllimə verəsiniz. Bugünə kimi heç bir baş məqçiyə “niyə oynamıram?” sualını verməmişəm və zamanımı gözləmişəm. Bugün meydana çıxmıramsa bu o demək deyil ki, mənim baş məşqçidən incikliyim var. Xeyr, mənim heç kimdən də incikliyim yoxdu. Onu da başa düşmək lazımdı. Komandada 23-24 futbolçu var, hamısı da oynamaq istəyir”.

Rahid sonda mövsümün sonunda klubdan ayrılıb-ayrılmayacağına da aydınlıq gətirib:

“Mövsümün sonuna 6 tur var. İndidən bu haqda danışmaq düzgün deyil. Yalnız mövsümün sonunda hər şey bəlli olacaq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43