Kateqoriyasız

Madrid “Real”ı Naxçıvana gəlir

“Araz-Naxçıvan” PFK Azərbaycan I Divizionunun qalibi olduqdan sonra muxtar respublikada uşaq futoblunun inkişafı üçün artıq müəyyən addımlar atılmağa başlayıb. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk olaraq, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planında futbol məktəblərinin sayını artırmaq, uşaqları futbola cəlb etmək üçün müəyyən tədbirlər görmək və yerli uşaqların inkişafı üçün bəzi futbol akademiyaları ilə müqavilə imzalamaqdı. Artıq Azərbaycan Respublikası Gənclər və İdman Naziriliyi ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziriliyinin birgə layihəsi əsasında bu ayın sonlarında futbol məktəblərindən biri istifadəyə veriləcək. Naxçıvanda məktəb açacaq olan komanda isə dünyanın nəhəng klubu “Real”dı.  Madrid təmsilçisinin muxtar respublikaya bu ayın hansı günündə gələcəyi və məktəbi istifadəyə verəcəyi gələn həftə dəqiq bilinəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43