Kateqoriyasız

Mahir Emrelinin son durumu bilindi

Millimizin üzvü Mahir Emrelinin “Dinamo”da komanda ilə ümumi məşqlərə nə vaxt qayıdacağı məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, zədəsi ciddi olmayan Emreli bazar ertəsindən etibarən komanda ilə məşqlərə başlayacaq. O, hazırda fərdi qaydada məşq edir.

Qeyd edək ki, M.Emreli zədə səbəbindən yoldaşlıq oyunları üçün millimizə çağırılmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43