Kateqoriyasız

Maksim Medvedev: “De Byaziyə dedim ki, sən eksperiment aparırsan, əziyyəti biz çəkirik”

“Oyunçular bilmir, kim hara qaçsın. Ona görə aramızda xoşagəlməz söhbət oldu. Matçdan sonra De Byaziyə yaxınlaşıb, oyunu müzakirə etməyə başladıq. Dedim ki, sən eksperiment aparırsan, əziyyəti isə biz çəkirik”.

İdmanxeber.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Maksim Medvedev İctimai TV-də yayımlanan “Bol idman” verilişində yığmanın baş məşqçisi Canni De Byazi ilə aralarındakı gərginlik barədə danışarkən deyib.

Maksim 66 yaşlı baş məşqçinin Qara Qarayevi yığmaya dəvət etməməsinə də toxunub:

“Fikrimcə, onun çağırılmaması boyla əlaqəli deyil. İndiyədək Eddi də var idi, amma Qara oynayırdı. Nə oldu, Eddi gəldi, deyirsən, Qaranın boyu balacadır?”

Təcrübəli futbolçu milli komandanın sükanı arxasına öz namizədini də açıqlayıb: “Ən yaxın namizəd Rəşad Sadıqovdur. Onu baş məşqçi təyin edib, 3-4 il vaxt versinlər. Sadıqov da bu müddətdə komandanı formalaşdırsın. Ondan sonra, görək, necə olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43