Kateqoriyasız

Maksim Medvedev: “Yaxşı ki, uduzmadıq”

“Qarabağ”ın futbolçusu Maksim Medvedev “İnter”lə oyunda qeydə alınan heç-heçəni şərh edib.

Ağdma klubunun üzvü idmanxeber.com-a açıqlamasında bunları deyib:

“Bu gün “Qarabağ” üçün gərgin oyun oldu. Çünki ikinci pillədə olan “İnter” bizim vacib rəqibimiz idi. Çox futbolçu milli komandadan qayıtdığı üçün tam hazır deyildi. Çox istərdik ki, üç xal qazanaq. Təəssüf ki, bunu bacarmadıq. Ancaq yaxşı ki, uduzmadıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43