Şembri iddialı danışıb.
İdmanxeber.az-ın məlumatına görə, bu gün UEFA Millətlər Liqasının II turunda Azərbaycan yığması səfərdə Maltanın qonağı olacaq. Oyundan öncə Maltanın hücumçusu Andre Şembri oyun barəsində mətbuata açıqlama verib:
“Azərbayanla oyunda yaxşı nəticə qazanmaq üçün kifayət qədər güclüyük. Biz bunu rəqibimizə keçmişdə sübut etmişik. Taktiki gedişlərin üzərində çox çalışmışıq. Komandada yaxşı ab-hava var”.