Dünya futbolu

“Mançester Siti” “Çelsi” ilə oyuna ciddi itki ilə çıxacaq

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Manuel Pelleqrini komandanın kapitanı Vinsent Kompanini Premyer Liqada oynayacaqları "Çelsi"  matçda meydana buraxmayacağını bildirib.

Belçika millisinin məşqində zədələnən Kompanini Pelleqrini bu qarşılaşmada qorumaq məqsədilə oynatmayacaq.

"Çelsi" ilə oyun öncəsi jurnalistlərə açıqlama verən çilili mütəxəssis sözügedən futbolçu barədə bunları deyib: Kompani zədəlidir və onun bu oyunda oynaması mümkünsüzdür. Başqa zədəli futbolçumuz yoxdu. Rodvell tam olaraq sağalıb və bu oyunda çıxış edə bilər".

Pelleqrini bundan əlavə, Avropa Liqasında ÇSKA-ya qarşı keçirdikləri matçda Aqueronun göstərdiyi performansı ilə bağlı fikirlərini bildirib: "Aquero mükəmməl futbolçudur. Mənim üçün dünyanın ən yaxşı futbolçularından biridir. Qarşıdakı oyunlarda da belə çıxış edəcəyinə ümid edirəm".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43