Dünya futbolu

“Mançester Siti” “Napoli”yə 95 milyonluq təklif göndərdi

“Mançester Siti” “Napoli”nin müdafiəçisi Kalidu Kulibalini transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” sözügedən keçid üçün Neapol klubuna 95 milyon avro ödəməyə hazırdı.

Bir çox nəhəng klubların maraq dairəsində olan 27 yaşlı müdafiəçi bu keçidə müsbət yanaşır. İngiltərə təmsilçisi Kulibali üçün artıq italyanlara rəsmi təklif də göndərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43