Dünya futbolu

“Mançester Yunayted” “İnter”in hücumçusunu istəyir

“Mançester Yunayted” hücumçu axtarışlarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, komanda yayda heyətini gücləndirmək niyyətindədir. “Qırmızı şeytanlar”ın ilk hədəfi hücumçu almaqdır.

İngiltərə mətbuatı yazır ki, Mançester klubu “İnter”in futbolçusu Lautaro Martineslə maraqlanır. Daha öncə rəhbərlik Harri Keyni transfer etmək istəsə də, təcrübəli forvardın London klubundan ayrılması çətin görünür. 

25 yaşlı Martines “İnter”in heyətində 228 matçda ümumilikdə 95 qola imza atıb. O, 2018-ci ildən bu klubda çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43