Ölkə futbolu

“Çempionat texnikalı oyun üzərinə qurulub” – Əyyub Allaş

“Çox vacib oyunda 3 xal qazandıq. Hazırda 4-cü yer üçün mübarizə aparırıq. Buna görə də hər qələbə bizim üçün önəmlidir. Qol vurduğum üçün sevincliyəm, ancaq üç xal daha vacibdir”.

Bu sözləri idmanxeber.az saytına “Qəbələ”nin futbolçusu Əyyub Allaş “Səbail” oyunu (4:2) barədə danışarkən deyib. Yanvarda kluba qoşulan oyunçu ölkəmizə uyğunlaşdığını bildirib:

“Güclü bir komandaya gəlmişəm, özümü əla hiss edirəm. Bundan daha da yaxşı ola bilərəm, öz üzərimdə çalışıram. Komandanın hədəflərinə çatması üçün əlimdən gələni edirəm.

Premyer Liqa daha çox taktika, texnikalı futbol üzərinə qurulub. Mən də belə oynamağı sevdiyim üçün çempionat çox xoşuma gəlir”.

25 yaşlı yarımmüdafiəçi Azərbaycan Kubokunun finalında üz-üzə gələcəkləri “Neftçi” oyunu barədə isə bunları deyib:

“Hazırda final oyunu barədə düşünmək vacib deyil, həmin görüşə hələ çox vaxt var.  Məncə, şansımız əlli-əlliyədir. Ancaq həmin matçdan öncə bizi qarşıdakı çempionat oyunları gözləyir”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43