Dünya futbolu

“Mançester Yunayted” milli üzvünü transfer edir

“Mançester Yunayted” Niderland millisinin futbolçusu Kodi Qakponu heyətinə qatmağı planlaşdırır.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızı şeytanlar” 23 yaşlı forvardın transferi üçün PSV ilə danışıqlara başlayıb.

İngiltərə nəhəngi Eyndhoven təmsilçisinə rəsmi təklif göndərib.

Maliyyə problemi ilə üzləşən PSV-nin gənc forvardı qış transfer pəncərəsində 50 milyon avroya satmağa hazır olduğu bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43