Dünya futbolu

“Mançester Yunayted” və “Atletiko” Qrizmannın transferi barədə razılığa gəldi

“Atletiko”nun fransalı futbolçusu Antuan Qrizman “Mançester Yunayted”ə keçməyə yaxındır.

İdmanxeber.com-un məlumatına görə, klublar artıq keçidi razılaşdırıblar. İngiltərə klubu forvarda görə Madrid təmsilçisinə 100 milyon avro ödəyəcək.

Bundan başqa, Mourinyonun Qrizmanı əsas hədəf kimi gördüyü qeyd edilir. Xatırladaq ki, cari mövsüm La liqada 27 oyun keçirən futbolçu 14 qol vurub və 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43