Dünyadan

“Mançester Yunayted”dən bomba transfer – FOTOLAR

“Monako”nun ulduz futbolçusu Radamel Falkao “Mançester Yunayted”lə münasibətlərini rəsmiləşdirmək üçün İngiltərəyə gəlib.

Daha öncə bildirilirdi ki, Premyer Liqa nəhəngi təcrübəli forvardın icarəsi üçün qarşı tərəfə 24 milyon funt ödəyəcək. Daha sonra isə futbolçunun bütün haqlarını əldə edəcək.

Falkao Mançester təmsilçisində həftəlik 346 min funt qazanacaq. Hazırda klubda həftəlik ən çox qazanan futbolçuların sıralaması belədi: Ueyn Runi — 300 min, Anxel Di Mariya – 280 min, Robin van Persi – 250 min funt.



dailysport



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43