Dünya futbolu

“Mançester Yunayted”in yeni kapitanı məlum oldu

“Mançester Yunayted”in kapitanı Ueyn Runi sabiq komandası “Everton”a qayıdıb.

İdmanxeber.com-un məlumatına görə, Runinin gedişindən sonra “qırmızı şeytanlar”ın yeni kaptanının kim olacağına aydınlıq gəlib.

“Manukunyanlar”ın kapitanlıq bazubəndini Maykl Kerrik daşıyacaq. Vitse-kapitan isə Ander Errera olacaq.

Kerrik “Mançester Yunayted”in şərəfini 2006-cı ildən qoruyur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43